Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) İraqın şimalında PKK terrorçularına qarşı əməliyyat keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Qarada keçirilən əməliyyat zamanı PKK-nın rəhbər şəxslərindən sayılan “Kendal Pirsus” ləqəbli Ökkeş Deveri öldürülüb. Deveri ilə birlikdə onun yaxını “Kamal Pir” ləqəbli Kayhan Kartal da məhv edilib.