PKK-nın mövqeləri darmadağın edildi – Akar

PKK-nın mövqeləri darmadağın edildi – Akar

Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalında keçirdiyi hava əməliyyatı zamanı kürd silahlı birləşmələrinin mağaraları, tunelləri və anbarları məhv edilib.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.

“Terror təşkilatının qərargahı da yüksək dəqiqliklə vurulub. Türkiyə ölkənin və xalqın təhlükəsizliyinə qəsd edənlərin həmişə cavabını verib. Biz bunu davam etdirəcəyik”, – Akar bildirib.

Teqlər: