PKK terror təşkilatının liderlərindən biri Duran Kalkan “Altılı masa”ya dəstəyini ifadə edən açıqlama verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Altılı masa” adlı müxalifət var. Bir müddət əvvəl daxili problemlərlə üzləşdilər. Bu haqda çox danışmayaq. İnanırıq ki, onlar öz birliklərini gücləndirəcəklər. Daha da inkişaf edə bilərlər. Önləri açıqdır. Həmişə demişəm. AKP və MHP-yə qarşı 8 ildir ən böyük “mübarizəni” PKK aparır”, – D.Kalkan bildirib.