Türkiyənin İstanbul şəhərində noyabrın 13-də törədilən terror aktı bir neçə ay öncədən planlaşdırılıb.
AzerTimes xəbər verir ki, bu barədə PKK terror təşkilatının liderlərindən biri Duran Kalkanın təşkilatın televiziyasına müsahibəsindən bəlli olub.
Belə ki, terrorçuların lideri heç kəsin gözləmədiyi anda və yerdə hücumun olacağını bildirib. Hücumun təkcə cəbhələrdə deyil, Türkiyənin hər yerində olacağını deyib.
O, hər yerin döyüş meydanı olduğunu və xüsusilə, noyabr ayında terror aktı törədəcəklərinə işarə edib.
Qeyd edək ki, İstanbulun İstiqlal küçəsindəki terakt nəticəsində 6 nəfər həlak olub, 81-i isə yaralanıb.