Xəbər - Samir Əli – Trend:
Sumqayıtda piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, noyabrın 26-da saat 23 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 40-45 yaşlı kişi vurulub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Dərhal başlanılan əməliyyat tədbirləri ilə həmin şəxsin Sumqayıt şəhər sakini Seymur Abdalov olması, yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib.
Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsinin sürücüsü, şəhər sakini N.Yaqubov Sumqayıt ŞPİ 2-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.