Xəbər - Samir Əli – Trend:
Sumqayıt Ağır Cinayətlər Məhkəməsin Xaçmaz rayonunda piyadanın
ölümünə səbəb olmaqda təqsirləndirilən Feyruz Ağamalıyevin işi üzrə
məhkəmə prosesi başa çatıb.
AzerTimes-ın məlumatına görə, prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 5 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2021-ci ilin avqustun 1-də Nabran-Xudat
avtomobil yolunun Xaçmaz rayonunun Nabran kəndi ərazisindən keçən
hissəsində qeydə alınıb. Xızı Rayon Polis Şöbəsinin təhlükəsizlik
bölməsinin polis sahə rəisi, polis kapitanı F.Ağamalıyev alkoqollu
içki qəbul edərək sərxoş halda avtomobil idarə edib, yol hərəkəti
qaydalarını pozub və piyadanı vuraraq öldürüb. Daha sonra o, hadisə
yerindən qaçıb.