Xəbər - Fərid Zöhrabov – Trend:
Paytaxtda piyada mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Bu çərçivədə paytaxtın ən önəmli yol sahələrindən biri olan Şəfayət Mehdiyev küçəsində yeni səkilər inşa edilərək piyadaların istifadəsinə verilib.
Trend xəbər verir ki, əvvəl bu küçə boyunca piyada səkilərinin vəziyyəti ya standartlara uyğun deyildi ya da ümumiyyətlə yox idi. Görülən işlər çərçivəsində:
– Səki üzərində gözdən əlil insanlar üçün hiss edilə bilən (tactile) döşəmələr yerləşdirilib;
– Əlilliyi olan şəxslər, yaşlı insanlar və uşaq arabalarının rahat və təhlükəsiz hərəkəti üçün panduslar inşa edilib;
– Piyadaların hərəkətinə mane olan avtobus dayanacaq məntəqələrinin yerləri optimallaşdırılıb.
Hazırda işlər görülən işlər Şəfayət Mehdiyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsi istiqamətində də davam etdirilir.
Məlumat üçün onu da qeyd edək ki, çoxsaylı vətəndaş müraciətləri və aparılmış təhlillər əsasında Beynəlxalq Avtovağzal Kompleksinin və Bibiheybət yolunda yerləşən Səbail Rayon Polis İdarəsinin qarşısında xüsusi düymə ilə idarə olunan svetofor dirəkləri quraşdırılaraq nizamlanan eyni səviyyəli piyada keçidləri təşkil edilib.
Nəticədə:
– Piyadaların təhlükəsizliyi və rahatlığı təmin edilib;
– İnşa edilmiş panduslar sayəsində əlçatanlıq səviyyəsi artırılıb.
Bundan başqa, Bak; Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında yol kənarlarına quraşdırılan dəmir məhəccərlər sayəsində piyadaların yolunun əvvəlcədən təyin olunmayan hissəsindən keçərək sıxlıq və qəza hallarını yaratmasının qarşısı alınıb.