Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində söhbət edə bilərlər.
AzerTimes xəbər verir ki, bu barədə Kreml sözçüsü Dmitri Peskov danışıb.
“Biz üçtərəfli görüş təyin etməmişik, lakin pərdə arxasında onların bir-biri ilə danışmaq imkanı olacaq”, – Peskov bildirib.
Qeyd edək ki, daha öncə də Peskov üçtərəfli görüşün nəzərdə tutulmadığını bəyan edib.