Sankt-Peterburqda terakt həyata keçirməyə çalışan erməni əsilli Maksim Asriyan həbs edilib.
AzerTimes xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
İstintaq materiallarına görə, Asriyan hakimiyyətin siyasətinə, xüsusilə qismən səfərbərliyə etiraz olaraq terror aktı həyata keçirmək və hərbi komissarlığı yandırmaq qərarı verib. Onun hədəfi əhalini qorxutmaq və dövlətə külli miqdarda ziyan vurmaq olub.
Bu niyyətlə onlayn mağazadan iki butulka yanacaq alan Asriyan Frunze rayonundakı hərbi komissarlığa yollanıb. Ancaq o, teraktı həyata keçirə bilməyib. Binanı qoruyan Rusiya Qvardiyasının əsgərləri cinayəti törətməyə çalışarkən onu yaxalayıblar.
Asriyan cinayətini etiraf edib və ona biri “terror aktı” olmaqla, CM-in 3 maddəsi ilə ittiham elan olunub.