Piterdə nəhəng anbarı kim yandırıb? – Şok

Piterdə nəhəng anbarı kim yandırıb? – Şok

Sankt-Peterburqdakı “Wildberry” mağazalar şəbəkəsinin anbarında baş verən güclü yanğından dərhal sonra işçilərdən biri yanvarın 13-də onu özünün yandırdığını etiraf edən mesaj yazıb. Bundan sonra o, sosial media hesabını silib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.

“Dekabrın 27-də işçilərdən biri iş yoldaşlarından birinə məktub yazıb və baş verəcək yanğınla bağlı həmkarlarına xəbərdarlıq edib. Yanğından sonra həmin şəxs çatda yazıb ki, yanğını o törədib və dərhal da hesabını silib”, – məlumatda bildirilib.

Onun məktubunun aidiyyəti orqanlara verildiyi bildirilir.

Qeyd edək ki, yanvarın 13-də Sankt-Peterburqun Şuşarax rayonundakı “Wildberry” mağazalar şəbəkəsinin anbarında böyük yanğın baş verib. 75 min kvadratmetr ərazidə baş verən yanğını yalnız bir sutka sonra söndürmək mümkün olmuşdu.

Teqlər: