Sankt-Peterburqda Leninqrad blokadasının aradan qaldırılmasının 80 illiyi münasibətilə şəhərin mərkəzində planlaşdırılan hərbi parad ləğv edilib.
AzerTimes xəbər verir ki, bu barədə Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov məlumat verib.
Belqovun sözlərinə görə, 2024-cü il yanvarın 27-də keçirilməsi planlaşdırılan parad Rusiya Müdafiə Nazirliyinin israrı ilə ləğv edilib. Onun əvəzində Sankt-Peterburqun baş meydanında hərbi retro texnikanın sərgisi keçiriləcək.