Rusiyanın Sankt-Peterburq şəhər administrasiyası Ermənistanın paytaxtı İrəvanda Leninqrad uşaqlarının xatirəsinə ucadılmış abidənin təhqir olunmasını pisləyib.
AzerTimes xəbər verir ki, bu barədə Sankt-Peterburq şəhər administrasiyasının Xarici Əlaqələr Komitəsinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün sovet xalqının faşizm üzərində qələbəsinin tarixi əhəmiyyətini heç də hamı dərk etmir. Abidəyə qarşı edilən hərəkət təxribat xarakterlidir. Ümid edirik ki, Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən bu əməl layiqli qiymətini alacaq və bütün təqsirkarlar ədalətli cəzalarını alacaqlar”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, İrəvanda yerli sakin Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edib. O, abidənin faşistlər üçün ucaldıldığını bildirərək, əklilləri dağıdıb, üzərində olan Rusiya bayraqlarını tapdalayıb.