Yeni il gecəsi Sankt-Peterburqun mərkəzi hissəsindən 3 minə yaxın əcnəbi saxlanılaraq, polis idarələrinə aparılıb.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.
Bildirilib ki, polis idarələrində saxlanılan miqrantlardan 600-dən çoxunun miqrasiya qanunvericiliyini pozduğu üzə çıxıb. Onların hamısına inzibati protokol tərtib edilib.
Saxlanılanlardan 100 nəfərinin deport olunacağı gözlənilir.