Pis proqnoz: azərbaycanlılar qayıdır… – Saakyan

Pis proqnoz: azərbaycanlılar qayıdır… – Saakyan

Ermənistanla bağlı çox pis proqnozlarım var.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın “Vətəndaş qərarı” partiyasının keçmiş icraçı katibi, hazırda qızğın şəkildə “küçə mübarizəsinə” hazırlaşan Suren Saakyan deyib.

“Qərbi Azərbaycan anlayışı, azərbaycanlıların Ermənistana qayıtması – bunlar oxşar müzakirələrdir, problem budur. Təhlükəni vaxtında hiss etməkdə böyük problemimiz var. Yəni təhlükə burnumuzun dibindədir, biz heç nə etmirik. Biz faktiki təhlükələri vaxtında hiss edib onların qarşısını ala bilmirik. Belə davam etsək, işlərimiz yaxşı ola bilməz. İstəsək də, istəməsək də küçələrə çıxmalıyıq, Ermənistanın siyasətini dəyişməliyik”, – o deyib.

Teqlər: