20 iyul 2025 tarixində saat 14:18-də Sabunçu rayonu, Pirşağı qəsəbəsində İDEA-nın təşəbbüsü ilə yaradılmış çimərlikdə ölümlə nəticələnə biləcək hadisə baş verdi.
Belə ki, adının çəkilməsini istəməyən 30-45 yaşları arasında olan 3 kişi yuxarıda adıçəkilən çimərlikdə, təxminən dənizin 40-70 metrliyində boğulma təhlükəsi ilə qarşılaşıblar.
Pirşağı qəsəbəsi FHN (N0003 ekipaj) xilasediciləri Quluzadə Ömər və Ramazanov Zahir operativlik göstərərək ölüm hadisələrinin qarşını almışlar.
Hər 3 vətəndaş real boğulma təhlükəsini yaşayıb. Xilasedicilərin qəhrəmanlığı onları yenidən həyata qaytardı.
Qeyd edək ki, həmin sahənin təhlükəli olmasının səbəbi var imiş və həmin istiqamətin sağında qum təpəciyi var. Belə ki, vətəndaşların dəfələrlə ölümlə qarşılaşdığı dənizdə olan yerin çox dərin olmasının səbəbi də bu imiş.
Yaxınlıqda yerləşən “Sea Breeze” layihələrindən biri olan “Süni ada” üçün lazım olan qum kütləsi bir neçə belə yerlərdən, yəni çimərlik olan, vətəndaşların ümumi istifadəsində olan çimərliklərdən və digər yerlərdən götürülürmüş.
Hazırki məsuliyyətsiz hərəkət – dənizin çimərlik hissəsində qumun götürülməklə dərinləşdirilməsi dəfələrlə insan ölümlərinə səbəb olacaq və ailə faciələrinə gətirib çıxaracaqdır.

Qəhrəman xilasedicilər
AVRO
LİRƏ
RUBL
LARİ
DİRHƏM
YUAN