Pirotexniki vasitələr satanlar barəsində protokol tərtib edildi

Pirotexniki vasitələr satanlar barəsində protokol tərtib edildi

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı Masallı şəhəri ərazisində yerləşən 2 mağazada pirotexniki vasitələrin satılması faktı aşkarlanıb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, həmin mağazaların sahibləri G.Hacıyeva və C.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci ( İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokollar tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Teqlər: