Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı pirotexniki vasitələrin gizli şəkildə satışı ilə məşğul olan rayon sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan AzerTimes-a verilən məlumata görə, onun fəaliyyət göstərdiyi ərzaq mağazasına baxış keçirilən zaman külli miqdarda pirotexniki vasitələr və aksiz markaları ilə markalanmamış siqaret qutuları aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.