ABŞ-ın Şimali Karolina ştatında qəribə hadisə baş verib.
Trend yerli “United Press International” agentliyinə istinadla xəbər verir ki,
ştatın Franklinton şəhərinin sakini Diana Şabrier gecə saatlarında
piroq almaq üçün mağazaya üz tutub, lakin istədiyi məhsul
bitdiyindən əvəzində lotereya bileti alıb.
Ertəsi günü lotereyanın nəticələrinə görə, 100 min dollar
qazandığını öyrənib.
Mükafatı alan zaman o bildirib ki, qazandığı pulları ailəsinə və
istədiyi piroqu almağa xərcləyəcək.