Pirləri ziyarət etməyi “günah” sayanlar… – Zirəddin

Pirləri ziyarət etməyi “günah” sayanlar… – Zirəddin

Bəzən ziyarətgahlar, o cümlədən də Mir Mövsüm Ağa haqqında ağızlarına gələni yazırlar. Hətta o vaxt Ulu Öndər Heydər Əliyev də demişdi ki, nənəm məni sovet hakimiyyəti dövründə Mir Mövsüm Ağanın ziyarətinə aparırdı.

Bu sözləri AzerTimes-a açıqlamasında kliniki psixoloq, “Qırmızı xaç ordeni” laureatı, ekstrasens Zirəddin Rzayev ziyarətgahlara qarşı çıxanlar haqda danışarkən deyib.

“Saytların birindən hörmət etdiyim bir jurnalist xanım zəng etdi və məndən onların qəzetinə edilən müraciətlə bağlı cadunun olub-olmaması və olan zaman necə xilas olunmasını soruşduqda, mən isə “bismillah” deyərək yandırmaq, ziyarətgahlara getmək və müəyyən duaları oxumaq lazım olduğunu bildirdim. Onu da qeyd etdim ki, Allah Azərbaycanı eyni Türkiyə kimi, pirlərlə möhkəmləndirmişdir.

Mən ümumi olaraq demişəm ki, çoxu ziyarətgaha getməyi günah və şirk adlandırır. Kukla haqda verdiyim məqalə dərc olundu. Amma maraqlısı odur ki, məndən müsahibə alan xanım yox, həmin saytın başqa bir əməkdaşı Elşad Miri ilə mənim şəklimi paylaşıb və yazıb ki, Zirəddin Rzayev Mir Mövsum Ağa qalmaqalına qoşuldu.

Vallah, mən heç o şəxsin adını çəkməmişəm, heç çəkmək də istəmirəm. Çünki bizim dini əqidələrimiz, dünyagörüşümüz o şəxslə üst-üstə düşmür. Mən sadəcə ümumi münasibət bildirmişəm. Konkret olaraq ad çəkib fikir bildirməyim mümkün deyil.

Bu, xalq inancıdır. Allaha şərik qoşmuruq. Suraxanı rayonunda yerləşən Atəşgah ziyarətgah var. Amma biz bu gün oranı dağıtmırıq, çünki oralar bizim turistik yerlərimizdir, tariximizdir, milli-mənəvi dəyərimizdir. Amma bəzilərinin əqidəsinə görə, bu kimi abidələr “günah və haram” olduğu üçün dağıdılmalıdır.

İslam tarixini Yer üzündən belə silirlər. Bizim dədə-babalarımız atəşpərəst olublar. İndi biz həmin atəşgahı dağıdaq ki, haramdır?! Bu, cahillik və geridəqalmışlıqdır.

Biz desək ki, gəlin Yer üzündən türbə, qəbir, abidələri silək, onları məhv edək – tariximizi məhv etmiş olarıq. Mənim üçün Nizami Gəncəvi, Nəsimi müqəddəs şəxsiyyətdir. İndi onların məqbərəsini dağıdaq? Bəs bizim tariximiz?! Mən dini məzhəbdən danışıram ki, ziyarətgahlar günah deyil. Burada da nöqtə qoyuram ki, qoyun elə “qazanın ağzı örtülü” qalsın. Mənim üçün “Azərbaycan ziyarətgahlarını dağıdın, oralara getməyin” deyənlər Azərbaycan düşmənləridir”, – Z.Rzayev deyib.

Teqlər: