Xəbər - Samir Əli – Trend:
Bakı Aığr Cinayətlər məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə ittiham olunan Telman Mövsümzadənin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
AzerTimes-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən T.Mövsümzadə 19 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə bu il yanvarın 17-də Pirallahı rayonunda baş verib. Rayon sakini, 1981-ci il təvəllüdlü Ramazanova Lalə Ələmdar qızının itkin düşməsi ilə bağlı Pirallahı rayon polis şöbəsinə məlumat daxil olub.
Aparılan araşdırma zamanı itkin düşmüş Lalə Ramazanovanın qəsdən öldürülməsi müəyyən edilib. Araşdırmalarla 1975-ci il təvəllüdlü Telman Mövsümzadənin 17 yanvar 2021-ci il tarixdə, saat 23 radələrində yaşadığı evdə Lalə Ramazanovanı aralarında yaranmış mübahisə nəticəsində bıçaqla xəsarətlər yetirərək öldürməsinə, törətdiyi cinayətin izlərini itirmək məqsədi ilə meyiti həmin evin həyətinə basdırmasına əsaslı şübhələr müəyyən edilib.