Pilot siqnal göndərdi: Təyyarədə bomba var!

Pilot siqnal göndərdi: Təyyarədə bomba var!

Polşadan havaya qalxan İrlandiyanın “Ryanair” şirkətinin “Boinq 738” tipli təyyarəsinin pilotu göyərtədə bomba olması barədə xəbərdarlıq siqnalı göndərib. Təyyarə F-16 qırıcılarının müşayiəti ilə Afina Beynəlxalq Hava Limanına doğru uçub.

AzerTimes yunan mediasına istinadən xəbər verir ki, hava limanı təyyarənin qəbulu üçün hazır vəziyyətə gətirilib. Təyyarə yerli vaxtla saat 17:45-də eniş edib və içərisində 192 nəfər olub.

Laynerdə axtarış aparılması üçün sərnişinlər təxliyyə edilirlər.

Teqlər: