“Philip Morris” Rusiyadakı biznesinin restrukturizasiyasını nəzərdən keçirir

Tütün konserni “Philip Morris International” (PMI) aktivlərin
mümkün transferi də daxil olmaqla, Rusiyadakı biznesinin
restrukturizasiyası variantlarını nəzərdən keçirir.

AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, qərar
tütün və nikotin tərkibli məhsulların istehsalının tempinə və
həcminə birbaşa təsir göstərən davamlı logistik çətinliklər və
tənzimləyici mühitdəki dəyişikliklərlə bağlıdır.

Eyni zamanda, Rusiyadakı işçilər qarşısında bütün sosial
öhdəliklərə riayət etmək, bütün cari vergi və biznes öhdəliklərini
yerinə yetirmək, habelə Rusiya Federasiyasının mövcud
qanunvericiliyinə ciddi riayət etmək Rusiyada PMI üçün əsas
prioritetlər olaraq qalır.

Teqlər: