Mən, Elgiz Abbasov və sürücü Zaur Hacıməhərrəmov – üçümüz də yaxşıyıq. Elgiz bəyin sağ ayağı, mənim isə sol ayağım və baş barmağım qırılıb, sürücü Zaur bəyin burnu sınıb, çiynində də çat var.
Bu sözləri AzerTimes-a açıqlamasında Peşəkar Futbol Liqasının mətbuat katibi Sənan Abdullayev Xankəndi şəhəri istiqamətində avtoqəzaya düşən PFL rəsmilərinin səhhəti ilə bağlı danışarkən deyib.
“Əsas narahatlıq PFL prezidenti Elxan Səmədov və vitse-prezident Aslan Şahgəldiyevdəndir. Çünki onlar əməliyyat olunublar və reanimasiyadadırlar. Deyilənə görə, hər şey yaxşıdır. Onların tam sağalması üçün 3-6 ay zaman lazım olacaq”, – Abdullayev bildirib.
Mətbuat katibi bildirib ki, Elxan Səmədovun əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparılacağı nəzərdə tutulurdu:
“Ancaq buna ehtiyac olmadı, Bakıda əməliyyat edildi”.