Hər il koronavirusa qarşı vaksinasiya aparılarsa, pandemiya sona çatacaq və dünya “normal həyata” qayıdacaq.
AzerTimes-ın məlumatına görə, bunu “ABC News” telekanalına “Pfizer” şirkətinin baş direktoru Albert Burla deyib.
A.Burla bildirib: “Düşünürəm ki, normal həyatımıza qayıda bilərik. Düşünmürəm ki, bu, yeni variantların (virusun) yaranmayacağı anlamına gəlir. Və hesab edirəm ki, vaksinasiyasız normal həyata qayıda bilmərik”.
Baş direktor əlavə edib ki, alimlər təsiri ən az bir il davam edəcək dərmanlar hazırlaya biləcəklər və bu, öz növbəsində pandemiyaya qalib gəlməyə imkan verəcək.
A.Burla həmçinin qeyd edib ki, şirkət 5-11 yaşlı uşaqların koronavirusa qarşı peyvənd olunması üzrə aparılan tədqiqatın nəticələrini ABŞ hökumətinə təqdim edəcək. Onun sözlərinə görə, “Pfizer”in peyvəndi bu yaş qruplarında təhlükəsizlik və effektivlik üzrə yüksək nəticə göstərib.