“Pfizer”in direktoru koronavirusa yoluxdu

“Pfizer”in direktoru koronavirusa yoluxdu

Amerikanın “Pfizer” əczaçılıq korporasiyasının baş icraçı direktoru Albert Burla koronavirusa yoluxub.

AzerTimes xəbər verir ki, bu barədə Albert Burla Tvitter səhifəsində yazıb.

O, 4 doza “Pfizer” peyvəndi vurdurduğunu bildirib:

“Buna görə də xəstəliyi çox yüngül simptomlarla keçirirəm. Hazırda yaxşıyam. Özümü təcrid etmişəm və “Paxlovid” preparatını qəbul etməyə başlamışam”.

Teqlər: