Pfizer “omicron” ştammına qarşı peyvəndin hazır olma tarixini açıqlayıb

Amerikanın Pfizer şirkətinin koronavirusun “omicron” ştammına qarşı peyvəndi yazda hazır olacaq.

Trend xəbər verir ki, bunu Pfizer-in baş direktoru Albert Burla bildirib.

“Peyvənd bu ilin mart ayında hazır olacaq”, – deyə Burla qeyd edib. O, istehsal prosesi artıq başlayıb. Onun sözlərinə görə, peyvən təkcə “omicron” ştammına qarşı deyil, həm də digər variantlara qarşı effektiv olacaq.

Xatırladaq ki, daha əvvəl şirkət Paxlovid koronavirus preparatının müvəqqəti qeydiyyat şəhadətnaməsinin alınması üçün Avropa Dərman Agentliyinə (EMA) müraciət edib.

Dərman xəstəliyin ağır formasına keçmə riski yüksək olan 12 yaşdan yuxarı yeniyetmələr və böyüklərdə yüngül və orta gedişatlı koronavirus infeksiyasına yoluxmanın müalicəsi üçün nəzərdə tutulub.

Teqlər: