Pfizer COVID-19 əleyhinə eksperimental dərman qeydiyyatı üçün müraciət edib

ABŞ-ın əczaçılıq şirkəti olan Pfizer Qida və Dərman preparatlarına Nəzarət İdarəsi (FDA) COVID-19 koronavirusa qarşı eksperimental dərmanının istifadəsinə icazə verilməsi üçün sorğu göndərib.

AzerTimes-ın məlumatına görə, şirkətin yaydığı məlumatda qeyd olunur ki, bu dərman xəstəliyi yüngül keçirən, lakin ağırlaşma və ölüm riski yüksək olan şəxslər üçün nəzərdə tutulub.

Bildirilir ki, rəsmi icazə verildiyi halda, PAXLOVID adlı preparat COVID-19 qarşı həb halında olan ilk dərman vasitəsi olacaq. Əlavə olunur ki, dərman xəstəliyin ağır gedişatının qarşısını alacaq.

Preparatı həm ev şəraitində, həm də stasionarda müalicə olunanlar üçün təyin oluna biləcəyi vurğulanır.

Teqlər: