“Pfizer” beş yaşdan kiçik uşaqlara peyvəndin vurulması üçün ABŞ-a sorğu göndərib

ABŞ-ın “Pfizer” şirkəti və onun alman tərəfdaşı “BioNTech” altı aydan beş yaşa qədər uşaqlarda hazırladıqları koronavirusa qarşı peyvəndinin istifadəsi üçün ölkə hakimiyyətindən icazə istəyib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Pfizer” şirkətinin saytında bildirilib.

ABŞ Qida və Dərmanların keyfiyyətinə nəzarət üzrə İdarəsinə (FDA) beş yaşından kiçik uşaqlarda peyvəndin ilk iki dozasının təcili istifadəsinə dair sorğu təqdim olunub.


“Pfizer” şirkətinin rəhbəri Albert Burla qeyd edib: “COVID-19-a yoluxan beş yaşdan kiçik uşaqların xəstəxanaya yerləşdirilmələrinin sayı artdıqca, FDA ilə ortaq məqsədimiz infeksiyanın gələcək variantlarına hazırlaşmaq və valideynlərə uşaqlarını bu virusdan qorumaq üçün imkan yaratmaqdır”.

Eyni zamanda o bildirib ki, infeksiyaya qarşı “yüksək səviyyəli qorunma” əldə etmək üçün uşaqlara peyvəndin üç dozası lazımdır.