İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək istəyən qüvvələrin olduğu bəllidir. Bu kontekstdə Pezeşkianın SEPAH-a “İsraillə qarşıdurmada Azərbaycanı vurmaq” təklifini verdiyi haqda yayılan informasiyalar diqqət çəkir.
Pezeşkianın azərbaycanlı olması onun Azərbaycan maraqlarını İranın maraqlarına qurban verəcəyi demək deyil, əksinə, rejimin içindən çıxan doktorun lazım gələrsə, hər şeyə əl atacağı, yaxud rejimin anti-Azərbaycan qərarlarına qarşı çıxmaq gücündə olmadığı aydındır. Lakin o da aydındır ki, İsraillə qarşıdurmadan çəkinən Pezeşkianın Azərbaycanla normallaşma prosesini də dəstəkləyir və bu baxımdan, onun “Azərbaycanı vuraq” mövqeyindən çıxış etməsi şübhəlidir.
Belə bir informasiyanın tirajlanması İran daxilində Azərbaycana qarşı olan qüvvələrin – SEPAH-ın özünün marağındadır.
– Azərbaycanla normallaşma prosesini dəstəkləyən Pezeşkianı Bakı ilə üz-üzə qoyur;
– Cənubi Azərbaycanda Pezeşkiana olan inamı zədələyirlər;
İstisna deyil ki, SEPAH İsraillə mümkün qarşıdurmada Azərbaycanı hədəfə almaq, yaxud Bakıya qarşı köhnə təhdidləri yeniləmək ssenarisini də hazırlayır və Pezeşkianın adından belə bir məlumatın yayılması hadisələrin inkişafında Bakının rəsmi Tehranla diplomatik təmaslarına maneələrin yaradılması məqsədi daşıyır.
Hərçənd, Tehran Bakı ilə normallaşma prosesinə şübhələrin yaranmaması üçün Pezeşkianın adından yayılan bəyanatı təkzib etməlidir.