İran Prezidenti Məsud Pezeşkianın ofisi qarşısında etiraz aksiyası keçirməyə cəhd edən polad sənayesinin təqaüdçüləri döyülüb.
AzerTimes xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Bildirilib ki, hüquqlarının pozulması, təqaüd haqlarının ödənilməməsinə etiraz etmək istəyənlərdən bir neçəsi də həbs edilərək naməlum yerə aparılıb.
Bundan sonra Əhvaz və Şuş şəhərlərində döyülən və həbs edilənlərə dəstək aksiyası keçirilib. Adı çəkilən şəhərlərdə polad sənayesinin təqaüdə çıxmış işçiləri həmkarlarının döyülüb və həbs edilməsinə etiraz edib, Məsud Pezeşkianı seçkiqabağı verdiyi vədləri unutmaqda günahlandırıblar.