Prezident olmaq istəyən şəxs su içirmiş kimi hamının gözü önündə böhtan atırsa, sabah xalqın başına nə bəlalar açar?
AzerTimes xəbər verir ki, bu sözləri İranda keçirilən prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkian rəqibi ilə sonuncu debatında deyib.
“Mən xalqdan biriyəm. Xalqın 60 faizi bizim heç birimizi qəbul etmir. Əgər Cəlili kimi şəxslərin düşüncəsi hakim olarsa, 40 faiz fəallıq 20 faizə düşəcək”.
Qeyd edək ki, 28 iyunda keçirilən prezident seçkilərinin birinci turunda Məsud Pezeşkian bütün rəqiblərini qabaqlayıb, Səid Cəlili isə ikinci olub. Seçici fəallığının 40 faiz olduğu birinci turda namizədlərdən heç biri 50% səs toplamadığı üçün 5 iyulda ikinci tur keçiriləcək.