Pezeşkianın bu təklifi reallaşmayacaq – Çəmran

Pezeşkianın bu təklifi reallaşmayacaq – Çəmran

İran Prezdenti Məsud Pezeşkianın paytaxtın Tehrandan köçürülməsi ilə bağlı təklifi reallaşmayacaq.

AzerTimes xəbər verir ki, bunu Tehran şəhər şurasının rəhbəri Mehdi Çəmran deyib.

O, paytaxtı köçürməkdənsə nazirliklər, idarə və təşkilatların ölkənin müxtəlif şəhərləri arasında paylaşılmasının daha məqsədəuyğun olduğunu söyləyib.

“Müxtəlif hökumətlər paytaxtın Tehrandan başqa şəhərə köçürülməsi barədə dəfələrlə məsələ qaldırsalar da, konkret nəticə əldə olunmayıb”, – Çəmran bildirib.

Qeyd edək ki, Məsud Pezeşkian ölkənin siyasi və iqtisadi mərkəzlərini respublikanın cənub sərhədlərinə, İran körfəzi sahillərinə köçürməyi təklif edib.

Teqlər: