İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi sabah – iyulun 30-da İslam Şurası Məclisində (parlament) keçiriləcək.
AzerTimes xəbər verir ki, İranın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, Baş nazir Əli Əsədov, Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvləri – Cavanşir Paşazadə, Hikmət Məmmədov, Əziz Ələkbərli andiçmə mərəsiminndə iştirak edəcək.
Qeyd edək ki, tədbirdə Tacikistan, Türkmənistan, Mərkəzi Afrika, Pakistan, Suriya, Serbiya, Kuba, Azərbaycan, Ermənistan, Gürcüstan və Qvineya-Bisau prezident və baş nazir səviyyəsində iştirak edəcək.