Tehranın Mehrabad Beynəlxalq Hava Limanının uçuşlarına İranın yeni prezidentinin andiçmə mərasiminə görə məhdudiyyətlər tətbiq edilib.
AzerTimes xəbər verir ki, bununla bağlı Mehrabad hava limanının rəhbəri İbrahim Muradi Mülki Aviasiya Təşkilatında keçirilən iclasda deyib.
“İyulun 28-i və 30-u tarixlərində Tehran hava limanı daxilində bütün VFR uçuşları (vizual uçuş) dayandırılıb. Habelə Mehrabad hava limanı reysləri andiçmə mərasimi günü 12:00-dək normal rejimdə həyata keçiriləcək. Yerli vaxtla 12:00-dan 22:00-a qədər hava limanına heç bir reys qəbul edilməyəcək, yalnız hava limanından uçuşlar olacaq”.
Onun sözlərinə görə, bu qərar andiçmə mərasimini asanlaşdırmaq və təhlükəsizliyi təmin etmək məqsədilə qəbul edilib.
Qeyd edək ki, Məsud Pezeşkianın andiçmə mərasimi 30 iyulda İran parlamentində keçiriləcək.