Tehran şəhərinin meri Əlirza Zakaninin işdən çıxarılması ilə bağlı imza kampaniyası başladılıb.
AzerTimes xəbər verir ki, bu barədə “İranın Sazendegi” qəzeti məlumat yayıb.
Bildirilib ki, qısa müddət ərzində kampaniyaya qoşulan tehranlıların sayı 75 mini keçib.
İmza kampaniyası Zakaninin vəzifələrini icra edə bilməməsi və qanun pozuntularına yol verməsinə görə başladılıb.
Qeyd edək ki, Əlirza Zakani prezident seçkilərinin birinci turundan əvvəl televiziya debatında Məsud Pezeşkianı təhdid edərək onun qalib gəlməsinə mane olacağını demişdi. O, sonradan mühafizəkar Səid Cəlili və Məhəmməd Bagir Qalibafın xeyrinə namizədliyini geri götürdü.