Pezeşkiandan Vatikana: İsraili buna təşviq edirsiniz!

Pezeşkiandan Vatikana: İsraili buna təşviq edirsiniz!

ABŞ və bəzi Qərb ölkələri öz laqeydliyi və dəstəyi ilə İsrail rejimini cinayətlərini davam etdirməyə təşviq edirlər.

AzerTimes xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Vatikanın dövlət katibi kardinal Pietro Parolin ilə telefon danışığında deyib.

Pezeşkian Vatikanın dünya sülh, sabitlik və təhlükəsizliyin dəstəklənməsindəki mövqeyini yüksək qiymətləndirərək, Vatikanı sionist rejimin Qəzzada cinayətlərini dərhal dayandırmaq, mühasirəyə alınmış anklavdakı blokadanı aradan qaldırmaq və humanitar yardım göstərmək üçün daha fəal rol oynamağa çağırıb.

O, Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsini xatırladıb və vurğulayıb ki, İran beynəlxalq hüquqa uyğun olaraq təcavüzkarı cəzalandırmaq hüququnu özündə saxlayır.

Teqlər: