ABŞ-da prezident seçkilərində kimin qalib gəlməsinin bizim üçün fərqi yoxdur.
AzerTimes xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian deyib.
“ABŞ-da seçkilərdə kimin qalib gəlməsinin bizim üçün fərqi yoxdur. Çünki ölkəmiz öz daxili gücünə və xalqına güvənir”, – deyə prezident qeyd edib.
O bildirib ki, Tehran üçün prioritet qonşu dövlətlər və müsəlman ölkələri ilə münasibətlərdir.