Pezeşkiandan Makrona: Fransanı alqışlayırıq!

Pezeşkiandan Makrona: Fransanı alqışlayırıq!

İran Prezidenti Məsud Pezeşkian və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər İsrailin müharibəsi fonunda Livanda atəşkəsə nail olmaq yollarını müzakirə ediblər.

Pezeşkian deyib ki, İran həmişə müharibə və iğtişaşlardan uzaq təhlükəsiz bölgə yaratmağa çalışıb və atəşkəsi alqışlayır:

“Bu sionistlər heç bir humanitar çərçivəyə və beynəlxalq qanunlara əhəmiyyət vermədiklərini göstərirlər və öz cinayətlərini həyata keçirirlər. Biz Fransa hökumətinin Livandakı sionist rejimin hərəkətlərini pisləyən və bu rejimə silah tədarükünün dayandırılmasını tələb edən son mövqeyini müsbət qiymətləndiririk”.

Qeyd edək ki, Makron israilə silah yardımını dayandırmağa çağırmışdı.

Teqlər: