Pezeşkiandan Makrona: Cavab vermək İranın haqqıdır!

Pezeşkiandan Makrona: Cavab vermək İranın haqqıdır!

İran İsrailin cinayətlərinə cavab vermək hüququnu özündə saxlayır.

AzerTimes xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian Fransa lideri Emmanuel makronla telefon danışığı zamanı bildirib.

Pezeşkian qeyd edib ki, əgər Qərb oyunçuları həqiqətən regional təhlükələrin qarşısını almağa çalışırlarsa, sionist rejimə dəstəyi dərhal dayandırmalı, həmçinin İsraili Qəzzada dinc əhalinin kütləvi qətlinə son qoymağa məcbur etməlidirlər.

İran prezidentinin sözlərinə görə, ABŞ və digər Qərb ölkələri heç bir beynəlxalq hüquq normasına hörmət etməyən rejimi dəstəkləyir ki, bu da ikili standartlar siyasətidir.

Teqlər: