Pezeşkiandan İsrailə: Növbəti cavab daha sarsıdıcı olacaq!

Pezeşkiandan İsrailə: Növbəti cavab daha sarsıdıcı olacaq!

İran Prezidenti Məsud Pezeşkian İsrailə xəbərdarlıq edib.

AzerTimes xəbər verir ki, o bildirib ki, növbəti cavab daha sərt ola bilər.

“İsrail rejimi yenidən səhv etsə, növbəti cavab daha sarsıdıcı olacaq”.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.

Teqlər: