Pezeşkiana təklif: Hökumətdə azərbaycanlılara yer ver…

Pezeşkiana təklif: Hökumətdə azərbaycanlılara yer ver…

Azərbaycan əyalətlərindən olan millət vəkilləri İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ondan 5 nazirliyə azərbaycanlı mütəxəssislərin təyin edilməsini istəyiblər.

AzerTimes xəbər verir ki, bu barədə Təbrizin millət vəkili Əlirza Novin məlumat yayıb.

“Şərqi Azərbaycan əyalətindən olan deputatlar birliyi bacarıqlı azərbaycanlı ziyalılardan 5 əsas nazirliyə təyin edilmək üçün adlar təklif edib. Təklif edilən şəxslərin idarəçilik keçmişi və bacarıqları birlik tərəfindən qiymətləndirib. Adlar prezidentin özünə təqdim edilib və ümid edirik ki, diqqətə alınacaq”,- millət vəkili bildirib.

Millət vəkili sadəcə Nazirlər Kabineti deyil, hökumətin digər bölmələri, o cümlədən, dövlət şirkətləri, baş idarələr, nazir müavinlikləri kimi vəzifələrdə də azərbaycanlı mütəxəssislərin işə cəlb olunmasının zəruriliyini vurğulayıb.

Teqlər: