Pezeşkiana qarşı seçki günü də təbliğat aparılır

Pezeşkiana qarşı seçki günü də təbliğat aparılır

Prezident seçkilərinin ikinci turunun başlaması və təbliğat-təşviqat kampaniyalarının dayandırılmasına baxmayaraq, Məsud Pezeşkian əleyhinə təbliğat davam etdirilir.

AzerTimes xəbər verir ki, bu barədə yerli müşahidəçilər və fəallar məlumat yayıb.

Məlumata görə, Səid Cəlilinin seçki qərargahı bölgələrdəki din xadimlərinə ismarış göndərərək, Pezeşkiana qarşı təbliğat, Cəlilinin xeyrinə isə vətəndaşları seçkiyə cəlb etməyi tapşırıb. Bunun müqabilində hər bir din xadiminin kartına 2 milyon tümən (50 AZN) köçürüləcəyi bildirilir.

Bununla yanaşı, səyyar mollalar kiçik şəhər və kəndlərdə sadə vətəndaşlara Məsud Pezeşkianın xristianlığı təbliğ etdiyini, onun islam dininə təhlükə yaratdığını deyir.

Teqlər: