Qərbi Azərbaycan əyalətinin Yollar və Şəhərsalma Baş İdarəsinin sədri və prezident seçkisi zamanı Məsud Pezeşkianın rəqibi Səid Cəlilini dəstəkləyən Rəsul Ətayi rəhbərlik etdiyi qurumun 3 məsul şəxsini işdən qovub.
AzerTimes xəbər verir ki, bu barədə yerli media fəalları məlumat yayıb.
Bildirilib ki, həmin şəxslər prezident seçkisi öncəsi Məsud Pezeşkianı dəstəkləyib və onun seçki qərargahına yaxın olublar.
Qeyd edək ki, bir neçə gün əvvəl Məsud Pezeşkian 14-cü hökumətin tərkibinin elan edilməsinə qədər idarələrdə heç bir kadr dəyişikliyinin aparılmaması barədə məktub yazıb.