İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkənin yeni seçilən prezidenti Məsud Pezeşkianın hökumətində təmsil olunacaq.
AzerTimes xəbər verir ki, Cavad Zərif bu haqda öz X hesabında məlumat yayıb.
“Möhtərəm Prezidentin diqqəti və məsləhətləşmələrdən sonra prezidentin strateji məsələlər üzrə müavini kimi vəzifəmi yerinə yetirəcəyəm”, – Məhəmməd Cavad Zərif yazıb.
Xatırladaq ki, Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri vəzifəsində çalışıb.