İran prezidentliyinə namizəd Məsud Pezeşkian bir az əvvəl Təbrizin Mədəni hava limanına enib.
AzerTimes xəbər verir ki, bu bardə yerli media məlumat yayıb.
Yayılan videolardan hava limanında onu Azərbaycan milli geyimində yeniyetmə qız və oğlanların qarşıladığı görünür.
Pezeşkianı qarşılamaq üçün hava limanına axın edən insanların sayı çox olduğuna görə onun Bağşımal (Təxti) stadionunda seçicilərlə görüşünə gec çatacağı bildirilir.
Hazırda Təbrizin Bağşımal stadionuna və ətrafına toplaşanların sayının 50 mindən çox olduğu haqda məlumat yayılıb. Pezeşkianı qarşılamaq üçün hava limanına gedənlərin də stadiona qayıtmasından sonra mitinq iştirakçılarının sayının daha da çoxalacağı gözlənilir.
Qeyd edək ki, hazırda Bağşımal stadionunda türk dilində çıxışlar edilir, şeirlər oxunur və Azərbaycan mahnıları səsləndirilir.
Yerli müşahidəçilər indiyə kimi prezident seçkilərində belə izdihamlı mitinq və görüşün olmadığını iddia edirlər.