Pezeşkian separatçı və pantürkistdir – Fars professor

Pezeşkian separatçı və pantürkistdir – Fars professor

Məsud Pezeşkian separatçı, pantürkist və ölkədə separatizmi, pantürkizmi açıq şəkildə təbliğ edən şəxsdir. Konstitusiyaya Nəzarət Şurasının (Keşikçilər Şurası) bu adamın namizədliyini təsdiq etməsində şübhəli məqamlar var.

AzerTimes xəbər verir ki, bu sözləri Amerikanın Rutgers Universitetinin professoru və bu universitetin Yaxın Şərq Araşdırmaları Mərkəzinin direktoru iranlı (fars) Huşəng Əmir Əhmədi deyib.

“Pezeşkian çəkinmədən türk və azərbaycanlı olduğunu deyir, etnik məsələləri qabardır və bunu təbliğ edir. Azərbaycanda türk dilində çıxış edir, bölgədə pantürkizmin cövlan elədiyi bir vaxtda, İbrahim Rəisinin həlak olduğu bir yerdə çəkinmədən türk olduğunu deyir, bu adamın seçkilərə buraxılması təhlükəlidir”,- professor “dərin narahatlıq”la bildirib.

O, bundan əvvəl Məhəmməd Xatəmi dövründə İranın federallaşması barədə çıxışları xatırladıb və Məsud Pezeşkianın seçkilərə buraxılmasını həmin planın davamı adlandırıb, bunun İranın parçalanmasına xidmət etdiyini iddia edib.

Qeyd edək ki, Huşəng Əmir Əhmədi radikal fars miliyyətçiliyi və şahçılıq cərəyanına mənsub olan tanınmış nəzəriyyəçilərdən biri sayılır.

Teqlər: