Bu gün İran Prezidenti Məsud Pezeşkian və Oman sultanı Heysəm bin Tariq arasında telefon danışığı baş tutub.
AzerTimes xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.
Söhbət zamanı regional məsələlər, ikitərəfli əlaqələr, xüsusilə İsrailin Qəzza və Livana hücumlarının davam etməsi müzakirə edilib.