İran Prezidenti Məsud Pezeşkian İsrailin Baş naziri Benyamin Netanyahunu cinayətkar və zalım adlandırıb.
AzerTimes xəbər verir ki, o, bu barədə özünün X səhifəsində paylaşım edib.
“Günahsız, köməksiz insanların və uşaqların öldürülməsi cinayətinə göz yummaq olmaz, cinayətkarı ayaq üstə alqışlamaqla sonu təmizə çıxarmaq mümkün deyil. Günahsız qan heç vaxt zalımın yaxasını buraxmayacaq”, – Pezeşkian yazıb.