Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir

Pezeşkian kabineti müdafiə üçün parlamentə gedir

Sabah İran Prezidenti Məsud Pezeşkian təklif etdiyi Nazirlər Kabinetinin tərkibini müdafiə etmək üçün parlamentə gələcək.

AzerTimes xəbər verir ki, bu barədə İran parlamentinin sözçüsü Əlirza Səlimi deyib.

Onun sözlərinə görə, prezidentin yeni nazirlərini müdafiə etməsi üçün 2 saat 30 dəqiqə vaxtı olacaq.

Məlumata görə, daha sonra parlamentdə təklif olunan yeni kabinetin 5 rəqibi və 5 tərəfdarı çıxış edəcək, ardından isə əlifba sırası ilə təklif olunan nazirlərin planlarına və səlahiyyətlərinə baxılacaq.

Əlirza Səlimi qeyd edib ki, təklif olunan nazirlərin səlahiyyətlərini yoxlamaq üçün 36 saat vaxt lazımdır.

Teqlər: