Pezeşkian İsrail açıqlaması ilə SEPAH-a mesaj verdi

Pezeşkian İsrail açıqlaması ilə SEPAH-a mesaj verdi

Məsud Pezeşkian prezident seçilikdən sonra xarici siyasətlə bağlı ilk açıqlamasında İranın Hizbullahı və regionda müqavimət hərəkatını (HƏMAS, husilər və digərləri nəzərdə tutulub) dəstəkləməyə davam edəcəyini bildirib. O, dirəniş hərəkatına dəstəyin İranın əsas siyasəti olduğunu bildirib: “İran hər zaman regionda sionist rejimə qarşı xalqların dirənişini dəstəkləyib. Əminəm ki, regiondakı dirəniş hərəkatı İsrail rejiminə imkan verməyəcək ki, Fələstin və digər ölkələrinə qarşı cinayətkar siyasətini davam etdirsin”.

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Məsud Pezeşkian bu açıqlamasıyla ali dini lider və onun ətrafını, o cümlədən SEPAH-ı sakitləşdirib ki, onların bu siyasətinə qarışmayacaq:

“Bu, əvvəlcədən də bəlliydi ki, Məsud Pəzəşkian ilk gündən ehtiyatlı olmalı, “qırmızı çizgiləri” aşmamalıdır. İsrailə münasibət və Hizbullaha dəstək İran rejiminin “qırmızı cizgisi”nin bünövrəsini təşkil edir. Buna baxmayaraq, Məsud Peşezkian gələcək açıqlamalarıyla ABŞ və Avropa Birliyinin İrana yönəlik nəbzini yoxlamağa çalışacaq. İranın buna ehtiyacı var. Bundan başqa Türkiyə və Azərbaycanın da Pezeşkiandan gözləntiləri var. Aydındır ki, Məsud Pezeşkian bu istiqamətlərdə də “qırmızı çizgiləri” tam adlamayacaq, ancaq heç olmazsa, münasibətlərin normallaşmasına, gərginlik yaradan məsələlərin həllinə çalışmalıdır. Bu da olmasa, o, keçmişdə dediklərindən faktiki imtina etmiş olacaq”.

Teqlər: